Xəzər Xəbər

Türkiyədə daha 5 terrorçu təslim olub

Dünya | 13:51 • 10 İyul 2020
Türkiyədə daha 5 terrorçu təslim olub

Türkiyənin Şırnak bölgəsində beş terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.


Bununla da yanvarın 1-dən etibarən təslim olan terrorçuların sayı 100-ə çatıb.


İyulun 10-da Adanada terrorizmlə mübarizə polisi PKK/KCK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirib. Saxlanılan 17 şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Şübhəlilərin evində axtarış aparılan zaman həbsxanadakı terrorçuların göndərdikləri təlimatlar, terror təşkilatlarına məxsus digər vəsaitlər, o cümlədən "Kalaşnikov” markalı avtomat silah ələ keçirilib.


Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, Suriya ərazisində "Zeytun budağı” antiterror əməliyyatının keçirildiyi bölgədə sabitliyi pozmağa cəhd edən altı nəfərlik PKK/YPG qrupu saxlanılıb.

Xəbər lenti