Xəzər Xəbər

Dünyada koronavirusdan ölənlərin sayı 550 mini ötüb

Dünya | 12:58 • 9 İyul 2020
Dünyada koronavirusdan ölənlərin sayı 550 mini ötüb

Dünyada koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 550 mini, sağalanların sayı isə 7 milyon nəfəri ötüb.


Xezerxeber.az pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, iyulun 8-də dünyada 213 min 279 nəfər koronavirus infeksiyasına yoluxub, 5 min 518 nəfər həyatını itirib.


Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 12 milyon 180 min 570 yoluxma və 452 min 385 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 7 milyon 81 min 410 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 4 milyon 546 min 775 xəstədən 58 min 296-nın vəziyyəti ağır qiymətləndirilir.


Ötən sutka ərzində ən çox yoluxma halı ABŞ-da qeydə alınıb - 61 min 848. Bu, həm də ölkə daxilində rekord göstəricidir. Beləliklə Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 3 milyon 159 min 414 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Braziliya tutur - 1 milyon 716 min 196 nəfər. İyulun 8-də ölkədə gündəlik yoluxma sayına görə rekordun müəyyən edildiyi (25 min 571 nəfər) Hindistanda isə bu rəqəm 769 min 257 nəfərə çatıb. Rusiyada 707 min 301 nəfər, Peruda 312 min 911 nəfər, Çilidə isə 303 min 83 nəfər COVID-19 xəstəliyinə yoluxub.


ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 134 min 867 nəfər. İlk beşliyə daxil olan Braziliyada 68 min 55, Birləşmiş Krallıqda 44 min 517, İtaliyada 34 min 914, Meksikada isə 32 min 796 nəfər koronavirus səbəbindən vəfat edib.


Artıq xeyli vaxtdır ki, COVID-19 infeksiyasından sağalanlara nisbətdə ölənlərin sayında mütəmadi azalma müşahidə edilir. Hazırda bu göstərici 7,28 faizdir.


Xəbər lenti