Xəzər Xəbər

Ermənistan ordusunun zabitləri arasında kütləvi dava düşüb

Dünya | 16:12 • 8 İyul 2020
Ermənistan ordusunun zabitləri arasında kütləvi dava düşüb

Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmət edən zabitlər arasında kütləvi dava düşüb.


Xezerxeber.az erməni KİV-lərinə istinadla xəbər verir ki, Madagizdə olan alayın zabitləri kapitan Armen Hayrapetyan, kapitan Erik Hayrapetyan, leytenant Armen Vartanyan və adları gizlədilən daha bir neçə zabit karantin rejimini pozaraq hərbi hissədən kənarda bir mülki sakinin evində əyləncə məclisinə toplaşıblar. Lakin sonradan spirtli içinin təsirindən aralarında baş verən mübahisə dava ilə nəticələnib. Rabitə bölüyünün zabiti leytenant A.Vartanyan izahatında kapitanlar A.Hayrapetyan, E.Hayrapetyan və digər tanımadığı zabitlər tərəfindən döyüldüyünü bildirib. Rabitəçi zabit tibb məntəqəsinə yerləşdirilib.


Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Hadisədə digər zabitlərin də iştirakı araşdırılır.

Xəbər lenti

Çox oxunanlar