Xəzər Xəbər

Çində koronavirusa yeni yoluxma halı kəskin azalıb

Dünya | 12:50 • 7 İyul 2020
Çində koronavirusa yeni yoluxma halı kəskin azalıb

Ötən sutka ərzində Çində COVID-19 infeksiyasına səkkiz yeni yoluxma halı qeydə alınıb.


Bu barədə TASS Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinə istinadən məlumat yayıb.

Komitədən yeni halların heç birinin daxili yoluxma olmadığı qeyd edilib.


Bildirilir ki, hazırda Çin xəstəxanalarında COVID-19 diaqnozu qoyulan cəmi 403 nəfər müalicə alır.

Xəbər lenti