Xəzər Xəbər

Fransanın yeni hökumətinin tərkibi elan olunub

Dünya | 10:05 • 7 İyul 2020
Fransanın yeni hökumətinin tərkibi elan olunub

Fransanın yeni Baş naziri Jan Kasteksin ilk hökumətinin tərkibi elan olunub.


Xezerxeber.az  xəbər verir ki, yeni hökumətdə 31 nazir təyin olunub. Yeni hökumət 14 kişi və 17 qadın nazirdən ibarətdir. Sabah Nazirlər Şurasının ilk iclası keçiriləcək.


Əvvəlki hökumətin kənd təsərrüfatı, ədliyyə, daxili işlər və mədəniyyət nazirləri vəzifələrindən azad edilib. Dövlət Büdcəsi naziri Jerar Darmənən daxili işlər nazir təyin olunub. Dövlət katibi Qabriel Attal hökumətin sözçüsü təyin olunub.

Xəbər lenti