Xəzər Xəbər

Almaniyada yeni cərimə tətbiq edilir

Dünya | 15:47 • 6 İyul 2020
Almaniyada yeni cərimə tətbiq edilir

Bundestaq Cinayət Məcəlləsinə yol-nəqliyyat hadisələri qurbanlarının video və foto çəkilişlərinə görə maddə əlavə edib.


Deputatların belə bir addım atmasına səbəb qəzaya düçar olan şəxslərin onlar barədə sosial şəbəkələrdə yayılan foto və videoçarxlarla bağlı çoxsaylı şikayətləri olub. Onlar məktublarında yazıblar ki, bir çox məsuliyyətsiz insanlar üçün başqasının problemi əyləncəyə çevrilib.


Həqiqətən, seyrçilər çox vaxt yol-nəqliyyat hadisələrini çəkərək həmin dəhşətli görüntüləri sosial şəbəkələrdə yayırlar. Belə özbaşınalıqlar, təbii ki, təkcə qeyri-etik baxımdan deyil, həm də cinayət hadisəsi baxımından xarakterizə olunmalıdır. Qeyd edək ki, belə hərəkətlərə yol verənlər bundan sonra yüksək məbləğdə cərimə və hətta iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. (AZƏRTAC)

Xəbər lenti