Xəzər Xəbər

Ermənistanda daha 330 nəfər COVID-19-a yoluxub, 7 nəfər ölüb

Dünya | 11:17 • 6 İyul 2020
Ermənistanda daha 330 nəfər COVID-19-a yoluxub, 7 nəfər ölüb

Ermənistanda son sutka ərzində daha 330 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.


"Sputnik Armenia”nın verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 28 936 nəfərə çatıb.


Son sutka ərzində koronavirusa yoluxan 7 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 491 nəfər olub.


Xəstəlikdən sağalanların sayı 16 302 nəfərdir.

Xəbər lenti