Xəzər Xəbər

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb - ölən və yaralalanlar var

Dünya | 09:07 • 6 İyul 2020
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb -

Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda sərnişin avtobusu aşıb. İlkin məlumata görə, hadisə nəticəsində sərnişinlərdən biri həlak olub, 17 nəfər yaralanıb.


Xezerxeber.az xəbər verir ki, avtobusun Ankara istiqamətində hərəkət etdiyi bildirilir.


Qəza baş verən bölgəyə çox sayda təcili tibbi yardım briqadaları cəlb olunub.


Hazırda Kocaeli-Ankara istiqamətində magistral yol tamamilə bağlanıb.

Xəbər lenti