Xəzər Xəbər

Rusiyada koronavirusa yoluxanların sayı 680 mini keçib

Dünya | 12:23 • 5 İyul 2020
Rusiyada koronavirusa yoluxanların sayı 680 mini keçib

Rusiyada son sutka ərzində daha 6736 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.


Operativ Qərargahın məlumatına görə, Rusiyada COVID-19-a yoluxanların sayı 681 251 nəfərə çatıb.


Son sutka ərzində 134 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 10 161 nəfərə çatıb.


Xəstəlikdən sağalanların sayı 450 750 nəfərdir.


Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

Xəbər lenti