Xəzər Xəbər

Koronavirusdan ölənlərin sayı 517 mini keçdi ÜST

Dünya | 11:23 • 4 İyul 2020
Koronavirusdan ölənlərin sayı 517 mini keçdi

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 186 mindən çox artıb.


Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.


İyulun 3-ü saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 186 167 nəfər koronavirusa yoluxub, 4 495 nəfər isə dünyasını dəyişib.


Yoluxanların ümumi sayı 10 720 449, ölənlərin isə 517 340 nəfərə çatıb.


Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Xəbər lenti