Xəzər Xəbər

Ermənistan ordusunun əsgərləri koronavirusa yoluxub

Dünya | 15:38 • 3 İyul 2020
Ermənistan ordusunun əsgərləri koronavirusa yoluxub

Azərbaycanın işğal edilmiş Qızqala (Qetavan) yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində və bütövlükdə yaşayış məntəqəsində koronavirusa kütləvi yoluxma faktı qeydə alınıb.


Xezerxeber.az erməni KİV-lərinə istinadla xəbər verir ki, kütləvi yoluxma halı ilə əlaqədar yaşayış məntəqəsinin giriş-çıxışı bağlanıb. Yaşayış məntəqəsinin karantinə alınmasına əsas səbəb ailə üzvləri ilə birlikdə koronavirusa yoluxmuş sahə həkimi Hovik adlı şəxsin kənd camaatını da infeksiyaya yoluxdurmasıdır.


Xəbərdə deyilir ki, həkim bu faktı gizlətdiyi üçün yanına gəlib-gedən xəstələrin - kənd camaatının da infeksiyaya yoluxmasına səbəb olub. Eyni zamanda, müəyyənləşdirilib ki, kənd həkimi Hoviklə ünsiyyətdə olan Qızqala hospitalının tibb bacısı Marina Qriqoryan da koronavirusa yoluxub.


Belə olan təqdirdə virusun yayılması domino effekti yaradıb və tibb bacısı M.Qriqoryanla ünsiyyətdə olan hospitalın sanitarları Ruzanna Xacaturyan, Stella Hovanisyan və Yelena Sağyanın da COVID-19-a yoluxduğu faktı ortaya çıxıb.


Hadisə ilə bağlı bütün hospitalın əməkdaşları və burada müalicə olunanlar karantinə alınıb, hospitala xəstə qəbulu dayandırılıb.

Xəbər lenti