Xəzər Xəbər

Türkiyə Fransanın "Liviya oyununu" POZDU

Dünya | 10:31 • 3 İyul 2020
Türkiyə Fransanın "Liviya oyununu" POZDU

"Türkiyənin böyük imkanlarıyla ortaya çıxması vəziyyəti Fransanın strateji maraqlarının əleyhinə dəyişdi".


Bu barədə Fransanın nüfuzlu "France Inter" dərgisi yazıb.


"Fransanın qeyri-müəyyənliyi Türkiyə ilə əlaqələrin pozulmasında üstünlük təşkil edir" başlıqlı yazıda Türkiyəni tənqid edən Fransanın Liviyada qərarsız oyun oynadığı deyilir.


"Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınan və Türkiyə tərəfindən dəstəklənən qanuni Trablus hökumətinin Fransanın açıq şəkildə dəstəklədiyi Haftar qüvvələrini geri çəkilməyə məcbur etməsindən sonra Emanuel Makron Türkiyəyə hücum etməyə başlayıb", deyə yazıda bildirilib.

Xəbər lenti