Qazaxıstanda koronavirusun yayılması ilə əlaqədar 14 günlük əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək.
Koronavirusun yayılmasının qarşısını almaq üçün yaradılan dövlət komissiyası ölkədə epidemioloji vəziyyətin ağırlaşmasını və yoluxmanın artmasını nəzərə alaraq iyulun 5-dən etibarən 14 günlük məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsini qərara alıb. Karantin rejimini pozanlar cərimə olunacaqlar.