Xəzər Xəbər

Yakutiyada meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Dünya | 14:29 • 2 İyul 2020
Yakutiyada meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Rusiyanın Yakutiya Respublikasında meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Daha təhlükəli meşə yanğınları Abıysk və Nijnekolımsk rayonlarında qeydə alınıb.

Ümumilikdə, respublika ərazisində 1519 hektar ərazidə 30 meşə yanğını davam edir.

Yanğınların qarşısının alınması üçün çoxlu sayda texnika cəlb olunub.

Xəbər lenti