Xəzər Xəbər

Koronavirusa yoluxan Nursultan Nazarbayev sağalıb

Dünya | 14:02 • 2 İyul 2020
Koronavirusa yoluxan Nursultan Nazarbayev sağalıb

Yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev sağalıb.


Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə sabiq Prezidentin mətbuat katibi Aydos Ukibay bildirib.


O qeyd edib ki, bununla belə, N. Nazarbayev hələ də özünü təcrid edir və distant rejimdə fəaliyyət göstərir.


Xatırladaq ki, iyunun 18-də yayılan məlumata əsasən, N. Nazarbayevin koronavirus testinin nəticəsi pozitiv olub.

Xəbər lenti