Xəzər Xəbər

Gözlər 15 İYULDA: sosial media ilə bağlı qanun layihəsi gələcək

Dünya | 14:19 • 2 İyul 2020
Gözlər 15 İYULDA:

Türkiyədə 15 iyul tarixindən öncə sosial media ilə bağlı qanun layihəsinin Böyük Millət Məclisində müzakirəyə çıxarılaraq qəbul edilməsi gözlənilir.


Bu barədə "Hürriyət” qəzetinin yazarı Abdulkadir Selvi bildirib.


Prezident Rəcəb Tayyib Ərdoğanın sosial media platformalarına girişlərə nəzarətin gücləndirilməsi ilə bağlı çıxışına dair köşə qələmə alan Selvi qeyd edib ki, prezidentin niyyəti millət vəkillərinin tətilə çıxmadan əvvəl qanunu qəbul etməsidir: "Məsələ ilə bağlı daha əvvəl layihə işlənmişdi. İndi o layihəyə əlavələr ediləcək. 1. Sosial media platformlarına Türkiyədə ofis açmaq məcburiyyəti qoyulacaq. 2. Beləliklə, Türkiyədəki qazanclarından vergi vermələri təmin olunacaq. 3. Sosial media hesabları gerçək insanlar vasitəsilə açılacaq. Saxta hesabların qarşısı alınacaq. 4. Cinayət tərkibli paylaşımlar edənlərin bilgiləri prokurorluğun tələb etdiyi durumda təqdim olunacaq. 5. Nifrət çıxışlarına icazə verilməyəcək”./Publika.az

Xəbər lenti