Xəzər Xəbər

Qarşısını ala bilmirlər: ABŞ-da “ikinci dalğa” başladı

Dünya | 14:39 • 29 İyun 2020
Qarşısını ala bilmirlər:

ABŞ-da koronavirusdan ölənlərin sayı azalmır.


ABŞ-ın səhiyyə naziri Aleks Azar ölkədə COVID-19-a yoluxanların sayının son günlər yenidən artdığını bildirib.


"Peyvənd və müalicə üzərində iş davam etdirilir, lakin yayılmanın tempini aşağı saldığımız dövr arxada qaldı. Xüsusilə cənub və qərb əyalətlərində yoluxmanın sayı sürətlə artır”, - nazir bildirib.


Azar qeyd edib ki, yoluxma hallarının yenidən artmasının səbəbi normallaşma deyil: "Bəzi əyalətlərdə normallaşma yeni başlayır, lakin yoluxma halları artmaqdadır. Davranışlarımıza diqqət etməli, sosial məsafəni qorumalıyıq”.


Qeyd edək ki, ABŞ-da son 24 saatda virusdan ölənlərin sayı 488 nəfər artaraq 128 min 161 olub. Ölkədə ümumi yoluxma sayı isə 1 milyon 319 min 274-dür./Publika.az

Xəbər lenti