Xəzər Xəbər

Türkiyədə içərisində miqrantların olduğu qayıq batıb

Dünya | 14:09 • 29 İyun 2020
Türkiyədə içərisində miqrantların olduğu qayıq batıb

Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonu yaxınlığında qanunsuz miqrantları aparan qayıq batıb.


Xezerxeber.az xəbər verir ki, hadisə nəticəsində qayıqda olan 35 miqrant xilas edilib, dörd nəfər itkin düşüb. Hazırda onların axtarışları davam edir.


Axtarış-xilasetmə işlərinə Türkiyənin sahil mühafizə xidmətinə məxsus qayıqlar, helikopter və xüsusi təyyarə cəlb olunub.


Miqrantların qeyri-qanuni yollarla Yunanıstana keçmək istədikləri müəyyənləşib.

Xəbər lenti