Xəzər Xəbər

Koronavirus pandemiyası bilərəkdən ortaya atılıb? Putindən SƏRT ÇIXIŞ

Dünya | 13:20 • 29 İyun 2020
Koronavirus pandemiyası bilərəkdən ortaya atılıb?

Koronavirus pandemiyasının bilərəkdən ortaya atıldığını düşünmək üçün bir səbəb yoxdur.


Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.


"Rossiya-1” telekanalında çıxış edən Putin bildirib ki, belə fərziyyələr yerinə, pandemiyanın yol açdığı təhdidlərlə mübarizə aparılmalıdır.


"Bu fərziyyələrdə inadkar olmaq yaxşı nəticə doğurmayacaq. Mövcud vəziyyətdə ölkələrin başqalarını günahlandırmaq yerinə güclərini birləşdirməsi lazımdır. İndi virusun haradan gəldiyini düşünmək yerinə yaşananlarla mübarizə aparmaq zamanıdır”.

Xəbər lenti