Xəzər Xəbər

Ermənistanda koronavirusa yoluxanların sayı 25 min nəfəri keçdi

Dünya | 12:57 • 29 İyun 2020
Ermənistanda koronavirusa yoluxanların sayı 25 min nəfəri keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 25 127 nəfərə çatıb.


Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 482 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.


Bu günədək Ermənistanda 433 nəfər koronavirusdan ölüb, 11 397 nəfərin müalicəsi isə davam edir.


Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Xəbər lenti