Xəzər Xəbər

Dünyada İKİNCİ DALĞA başladı: yeni məhdudiyyətlər gəlir

Dünya | 11:12 • 29 İyun 2020
Dünyada İKİNCİ DALĞA başladı:

İsrail koronavirus pandemiyasının ikinci mərhələsinə keçib.


Bu barədə ölkənin Səhiyyə naziri Yuli Edelsteyn danışıb.


Tvitter hesabı vasitəsilə təşkil etdiyi mətbuat konfransında açıqlama verən nazir ikinci dalğanın başlanğıcında olduqlarını bildirib: "Buna görə də yeni məhdudiyyətlər tətbiq etmək məcburiyyətindəyik. Məhdudiyyətlər toplantı, toy mərasimi və yəhudi ibadətgahlarını əhatə edəcək. Təlimatlara əməl olunmadığı təqdirdə açlq yerlər də bağlanacaq”.


Edelsteyn qərarların iqtisadi və səhiyyə sahələrindəki ehtiyacları nəzərə alınaraq qəbul edildiyini bildirib.


İsrail Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkədə son sutka ərzində 218 nəfər infeksiyaya yoluxub, 1 nəfər ölüb./Publika.az

Xəbər lenti