Xəzər Xəbər

Türkiyə "Pəncə-Qaplan" əməliyyatında yenə ŞƏHİD VERDİ

Dünya | 10:21 • 29 İyun 2020
Türkiyə "Pəncə-Qaplan" əməliyyatında yenə ŞƏHİD VERDİ

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında icra etdiyi "Pəncə-Qaplan" əməliyyatı zamanı bir əsgər şəhid olub.


Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən məlumatda bildirilir:


"İyunun 28-də "Pəncə-Qaplan" əməliyyatının keçirildiyi bölgədə terrorçularla qarşıdurma zamanı qəhrəman silahdaşımız şəhid oldu. Şəhidə Allahdan rəhmət diləyir, ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və xalqımıza başsağlığı veririk”.


Qeyd edək ki, İraqın şimalındakı Zap bölgəsində təsbit edilən bölücü terror təşkilatı olan PKK-nın 1 üzvü hava hücumuyla zərərsizləşdirilib.


Vanın Çatak qəsəbəsi çölündə reallaşdırılan hava dəstəkli əməliyyatda isə 3 terrorçu silahlarıyla birlikdə təsirsiz hala gətirilib.

Xəbər lenti