Xəzər Xəbər

NASA-dan XƏBƏRDARLIQ: 4 astroid sürətlə yerə yaxınlaşır

Dünya | 10:15 • 29 İyun 2020
NASA-dan XƏBƏRDARLIQ:

Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) bu günlərdə 5 asteroidin Yer kürəsinə yaxınlaşacağı ilə bağlı xəbərdarlıq edib.


Türkiyə mətbuatı xəbər verir ki, planetə ilk yaxınlaşacaq 2020MK adlı asteroid 27 iyunda Yer üzünə doğru 64 min kilometrlə yaxınlaşaraq sürətlə keçib. Onun ardınca 17 metr diametrindəki 2020MF1 asteroidi yol alıb.


Yaxınlaşan digər iki asteroid isə 2020ME1 və 2020JX1-dir. Bunlardan ikincisi qrupdakı ən böyük asteroid sayılır, diametri təxminən 100 metrdir.


Yer kürəsinə yaxınlaşan son asteroid 2020KQ7-nin isə 31 metr diametrində olduğu bildirilir./Publika.az

Xəbər lenti