Xəzər Xəbər

İsraili İrandan balıqlar qoruyacaq

Dünya | 17:46 • 28 İyun 2020
İsraili İrandan balıqlar qoruyacaq

Ötən aylarda İsrailin su təmizləyici sistemlərini idarə edən kompüter şəbəkələrini ələ keçirməyən cəhd edən iranlı hakerlərin suyu dezinfeksiya edən xlor kimi komponentləri artıraraq suyu zəhərləmək istədikləri iddia edilib.

İranlı hakerlərin bu cəhdi uğursuz olsa da, İsraildə narahatlığa səbəb olub.

İsrail alimləri hazırda 24/7 qabaqcıl texnologiya analiz sistemləri ilə içməli su hovuzlarında suyun keyfiyyətini və kimyəvi quruluşunu yoxlayır. Ancaq yeni nəzarət sistemi əlavə edilib. Belə ki, Yəhudi icmasının media orqanı Şalomun verdiyi məlumata görə, mütəxəssislər fərqli balıqları içməli su gölməçələrinə ataraq, onları kameralarla izləyirlər.

Balıqlar, insanlar tərəfindən icad edilən kimyəvi analiz cihazlarına nisbətən daha həssasdırlar  və suda ən kiçik bir molekulyar dəyişikliyi də hiss edə bilirlər.

İsrail mütəxəssislərinin fikrincə, kiçik balıqlar bu məsələdə böyüklərə nisbətən daha həssasdır və suyun dəyişməsini hərəkətlərində daha tez əks etdirir.

Qeyd edək ki, İsrail və İran arasında kiber müharibə davam edir./Yenicag.az

Xəbər lenti