Xəzər Xəbər

Bu müsəlman ölkəsində MÖCÜZƏ YAŞANIR Yoluxma yoxdur, heç kim maska taxmır...

Dünya | 17:12 • 28 İyun 2020
Bu müsəlman ölkəsində MÖCÜZƏ YAŞANIR

Birləşmiş Mİllətlər Təşkilatı (BMT) COVlD-19 infeksiyasının olmadığı və adi bir həyat sürməkdə davam edən Türkmənistandabunun səbəblərini izah etməyə çalışıb.

BMT-nin Türkmənistandakı nümayəndəliyinin rəhbəri Yelena Panova respublikada davam edən əlverişli vəziyyətin milli sərhədlərin vaxtında bağlanmasının nəticəsi olduğunu söyləyib.

Beynəlxalq təşkilat rəsmisinin sözlərinə görə, infeksiyanın yayılmamaısnda son dərəcə aşağı olan əhali sıxlığı da müsbət rol oynayıb. Bu müsəlman ölkəsində orta hesabla bir kvadrat kilometrə13 nəfər düşür. Üstəlik, respublikada sıx məskunlaşmış şəhərlər də yoxdur:

"Hazırda Türkmənistanda demək olar ki, heç kim maska taxmır, çünki hökumət belə bir göstəriş verməyib. Yalnız xəstəxanalardakı həkimlər hamısı maskalıdır. Lakin BMT fiziki məsafənin qorunmasında israr edir...”, - deyə BMT rəsmisideyib.

Y.Panova əlavə edib ki, BMT Türkmənistanda yerli sakinlər arasında COVID-19 sınaqlarınıb dəqiq sayını bilmir. Rəsmi Aşqabad isə testlərin lazımi miqdarda aparıldığını qeyd edir:

"Yaxın günlərdə vəziyyətin yerində öyrənilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyəti respublikaya gələcək”,– deyə BMT rəsmisi bildirib.

Xatırladaq ki, hələ aprelin əvvəlində Sərhədsiz Reportyorlar ("RSF”) qrupu Türkmənistanda "koronavirus” sözünə qadağa qoyulması, sağlamlıq haqqında məlumat kitabçalarından bu sözün yığışdırılması və onun mediada istifadəsinə icazə verilməməsi haqda məlumat yaymışdı. Həmin iddiaya görə, maska taxan və ya koronavirus haqqında danışan insanlar məxfi polis tərəfindən həbs oluna bilər. //Moderator.az

Xəbər lenti