Xəzər Xəbər

Əsədin qızına eşq elan edən hərbçi yoxa çıxdı — FOTOLAR

Dünya | 16:58 • 28 İyun 2020
Əsədin qızına eşq elan edən hərbçi yoxa çıxdı — FOTOLAR

Suriya Ərəb Ordusunda hərbi xidmət keçən əsgər Yazan Soltani Suriya Prezidenti Bəşər Əsədin qızı Zeynüşama eşq elan etdikdən sonra yoxa çıxıb.

Əsədin 16 yaşlı qızına sosial şəbəkə üzərindən "Səni sevirəm, mən səninəm, sən də mənimsən" yazıb eşq elan edən və mesaj göndərən Soltani onunla evlənmək arzusunda olduğunu bildirib.


Xalqdan gələn xəbərdarlıqlara baxmayaraq, yolundan dönməyən əsgər çərşənbə axşamından bəri yoxa çıxıb.


Yerli telekanallardan birinə açıqlama verən Yazan Soltaninin dostu onun Suriyanın təhlükəsizlik qüvvələri tərəfindən tutulduğunu deyib.


Dünən isə əsgərin bacısı feysbukpaylaşımında qardaşının həbs olunaraq döyüldüyünü iddia edib.

demokrat.az

Xəbər lenti