Xəzər Xəbər

İranda maska taxmaq məcburi edildi

Dünya | 14:20 • 28 İyun 2020
İranda maska taxmaq məcburi edildi

İranda 5 iyuldan Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi məkanlarda maska taxmaq zəruridir.

Bunu İran prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Milli Komitəsinin iclasında deyib.

H.Ruhaninin sözlərinə görə, ilk növbədə 15 gün müddətinə maska taxmaq zəruri olacaq. Lazım gələrsə, bu müddət uzadılacaq.

Ruhani əlavə edib ki, üstörtülü məkanlar, insanların toplaşdığı yerlərdə maska taxmaq məcburidir.

Qeyd edək ki, İranda ötən günədək (27 iyun) 220 180 nəfər koronavirusa yoluxub, 10 364 nəfər ölüb, 180 661 nəfər sağalıb.

Xəbər lenti