Xəzər Xəbər

Çin ABŞ-a ticarət müharibəsinə başlamaqla bağlı xəbərdarlıq etdi

Dünya | 10:11 • 28 İyun 2020
Çin ABŞ-a ticarət müharibəsinə başlamaqla bağlı xəbərdarlıq etdi

ABŞ və Çin arasındakı ticarət müharibəsi Vaşinqtonun Pekinə müdaxiləsi səbəbindən yenidən başlaya bilər.

"The Wall Street Journal” xəbər verir ki, Çin hökuməti bu barədə amerikalı həmkarlarını xəbərdar edib.

Çin hökuməti ABŞ-ın Honkonqvə Tayvana müdaxiləsini qəbuledilməz hesab edir. Pekin hələ ki, ticarət sazişinin ilk mərhələsində öhdəliklərini yerinə yetirmək niyyətində olduğunu deyib.

Lakin ABŞ-ın Çinin işlərinə müdaxiləsi dayandırılmasa, ABŞ məhsulları alışınıngenişləndirilməsi təhlükə altında qala bilər.

Vaşinqton və Pekindünyanın ən böyük iki iqtisadiyyatının ticarət müharibəsinə son qoyaraq, 2020-ci ilin yanvarında ticarət atəşkəsinə imza atıblar. Çin razılaşmanın ilk ilində Amerika məhsullarının alışını 76,7 milyard dollar, ikincidə isə 123,3 milyard dollar artırmağı qəbul edib. ABŞ tərəfi hesab edir ki, razılaşma ticariçatışmazlığa son verə bilər./oxu.az

Xəbər lenti