Xəzər Xəbər

İraqın şimalında və Türkiyədə 12 terrorçu zərəsizləşdirilib

Dünya | 22:05 • 27 İyun 2020
İraqın şimalında və Türkiyədə 12 terrorçu zərəsizləşdirilib

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Haftanin bölgəsində terror düşərgələrinə növbəti dəfə dəqiq zərbələr endiriblər.


Xezerxeber.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, "Pəncə-Qaplan” antiterror əməliyyatları çərçivəsində daha doqquz PKK terrorçusu məhv edilib.


Hakkari vilayətinin Kavaklı rayonunda keçirilən antiterror əməliyyatında isə üç PKK terrorçusu məhv edilib.


Digər bir məlumatda isə bildirilir ki, iyunun 20-də Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən tutulan PKK/KCK terror qruplaşmasının üzvü "Mervan” ləqəbli şəxsin verdiyi ifadə əsasında terrorçulara məxsus iki sığınacaq ələ keçirilib. Sığınacaqlarda terrorçuların üçün qışda istifadə etmək üçün saxladıqları geyim, ərzaq, o cümlədən silah və sursat ələ keçirilib.

Xəbər lenti