Xəzər Xəbər

Qırğızıstan Hökuməti Aparatının 26 əməkdaşında koronavirus aşkarlanıb

Dünya | 22:52 • 27 İyun 2020
Qırğızıstan Hökuməti Aparatının 26 əməkdaşında koronavirus aşkarlanıb

Qırğızıstan Hökuməti Aparatının 26 əməkdaşında koronavirus aşkar olunub.


Bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Onların arasında Baş nazirin müşavirlərindən biri Artyom Novikov və Hökumət sədrinin köməkçisi də var.


Hökumət Aparatının rəhbəri Taalaybek Temiraliyev bu şəxslərlə ünsiyyətdə olduğu üçün özünütəcrid rejimində işləyir. Hökumət Aparatında çalışan əməkdaşların əksəriyyəti həkim nəzarətində ev karantininə göndərilib.


Xatırladırıq ki, son sutka ərzində ölkədə rekord sayda - 309 şəxs koronavirusa yoluxub.

Xəbər lenti