Xəzər Xəbər

Merkel: Aİ nəhəng geosiyasi oyunçulara münasibətdə vahid mövqe formalaşdırmalıdır

Dünya | 16:41 • 27 İyun 2020
Merkel: Aİ nəhəng geosiyasi oyunçulara münasibətdə vahid mövqe formalaşdırmalıdır

Almaniya Avropa İttifaqına (Aİ) sədrlik edəcəyi dövrdə nəhəng geosiyasi oyunçulara münasibətdə vahid mövqe formalaşdırmağa çalışacaq.


Xezerxeber.az xəbər verir ki, Almaniya hökumətinin saytında yer alan məlumata görə, bunu kansler Angela Merkel deyib. "Hədəfimiz Avropa İttifaqının strateji tərəfdaşları - Türkiyə, ABŞ, Çin və Rusiya ilə əlaqələr quraraq vahid və yekdil mövqe tutmasıdır”, - deyə Almaniya kansleri bildirib.


Angela Merkelin sözlərinə görə, Avropa İttifaqına üzv 27 ölkənin hamısının marağına eyni vaxtda cavab vermək asan deyil və o, qurumu müasir dünya şəraitində daha effektiv etmək istəyir. Kansler bunun Avropa dəyərlərini və maraqlarını qorumaq üçün vacib olduğunu vurğulayıb.


Almaniya iyulun 1-dən dekabrın 31-dək Aİ-yə sədrlik edəcək.


Bir müddət öncə Almaniya lideri ölkəsinin Avropa İttifaqına sədrliyi dövründə iqlimin qorunması, Avropanın səhiyyə sisteminin gücləndirilməsi və rəqəmsallaşma məsələlərinə xüsusi diqqət yetirəcəyini demişdi.

Xəbər lenti

Çox oxunanlar