Xəzər Xəbər

Fransa Prezidenti yaxın zamanda Rusiyaya səfər etmək niyyətindədir

Dünya | 16:16 • 27 İyun 2020
Fransa Prezidenti yaxın zamanda Rusiyaya səfər etmək niyyətindədir

Fransa Prezidenti Emmanuel Makron yaxın zamanda Rusiyaya səfər etmək niyyətində olduğunu bildirib.


Xezerxeber.az-ın xəbərin görə, bu barədə Fransa Prezidenti "Twitter"də bildirib.


Emmanuel Makron Rusiya ilə Fransa arasında etimad dialoqunun davam etdiyini qeyd edib.


"Bregansonda Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə başlayan etibarlı dialoq davam edir: Avropada təhlükəsizlik, regional münaqişələr, iqlim, Arktikada buzlaqların əriməsi. Biz irəliləyirik və mən tezliklə Rusiyaya gedəcəyəm", - deyə Emmanuel Makron bildirib.


Qeyd edək ki, cümə günü Rusiya və Fransa prezidentləri arasında videokonfrans formatında danışıqlar keçirilib. Prezidentlər koronavirus və digər qlobal problemlərlə mübarizə, ikitərəfli əlaqələrin inkişafı, həmçinin Liviya, Suriya və Ukraynadakı münaqişələrin həlli ilə bağlı müzakirələr aparıblar.


Xəbər lenti