Xəzər Xəbər

İranda koronavirusdan daha 125 nəfər ölüb

Dünya | 14:41 • 27 İyun 2020
İranda koronavirusdan daha 125 nəfər ölüb

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 125 nəfər vəfat edib.


Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla ölkədə koronavirusdan ölənlərin sayı 10364 nəfərə çatıb.


İranda son sutka ərzində koronavirusa 2456 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 220180 nəfərə çatıb.

Xəbər lenti