Xəzər Xəbər

Mark Sukerberq reklam boykotu səbəbindən 7 milyard dollar itirib

Dünya | 13:48 • 27 İyun 2020
Mark Sukerberq reklam boykotu səbəbindən 7 milyard dollar itirib

Facebook korporasiyasının rəhbəri Mark Sukerberq bəzi kompaniyaların "Facebook”, "Instagram” və "Twitter” sosial şəbəkə platformalarında reklamlarını dayandırmasından sonra 7 milyard dollar itirib.


Xezerxeber.az Bloomberg agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl "Coca-Cola”, "Verizon”, "Unilever” kimi iri kompaniyalar "Facebook” və başqa populyar sosial şəbəkələrdə reklamlarını dayandırmaq qərarına gəlib. Buna səbəb kimi sosial şəbəkə rəhbərliyinin irqçilik xarakterli məlumatların pozulması üçün yetərincə addım atmaması göstərilir. Aksiya ABŞ-ın nüfuzlu hüquq müdafiəsi təşkilatları tərəfindən də dəstəklənib.


"Facebook” sosial şəbəkələrində reklam yerləşdirilməsinə qoyulan boykotdan sonra kompaniyanın aksiyaları 8,3 faiz ucuzlaşıb. Nəticədə Mark Sukerberqin aktivlərinin qiyməti 7,21 milyard dollar aşağı düşərək 82,3 milyard dollar təşkil edib. Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) kompaniyalar qrupunun Baş direktoru Bernar Arno "Bloomberg” agentliyinin tərtib etdiyi dünyanın ən varlı insanları siyahisinda Mark Sukerberqi dördüncü pilləyə sıxışdırıb. İlk üçlüyə, həmçinin "Amazon” korporasiyasının rəhbəri Ceff Bezos və "Microsoft” korporasiyasının banilərindən biri Bill Qeyts daxildir.

Xəbər lenti