Xəzər Xəbər

ABŞ-ın 16 ştatında koronavirusa yoluxanların sayında artım qeydə alınıb

Dünya | 09:25 • 27 İyun 2020
ABŞ-ın 16 ştatında koronavirusa yoluxanların sayında artım qeydə alınıb

"ABŞ-ın 16 ştatında yeni növ koronavirusa yoluxanların sayında artım qeydə alınıb, qalan 34 ştatda isə vəziyyət sabitdir”.


Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Maykl Pens mətbuat konfransında bildirib.


Qeyd edilib ki, sözügedən 16 ştatda vəziyyət dövlət tərəfindən ciddi nəzarətə götürülüb:


"İnfeksiyanın artması əsasən cənub ştatlarında, xüsusilə Arizona, Texas və Florida ştatlarında qeydə alınır. Yoluxanların yarısı yaşı 25-dən aşağı olan vətəndaşlardır”.


Pens ölkədə yoluxma sayının son sutkada 40 min olmasına baxmayaraq, koronavirusla mübarizədə əlamətdar bir irəliləyişin əldə edildiyini vurğulayıb.



Vitse-prezident ABŞ-da 2,5 milyon koronavirus infeksiyası hadisəsinin qeydə alındığını, təxminən, 126 min insanın öldüyünü deyib.



Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci isə ABŞ-da "yeni dalğa"nın mövcud olduğunu diqqətə çatdırıb.

Xəbər lenti