Xəzər Xəbər

Türkiyə ordusu İraqın şimalında şəhid verib

Dünya | 09:09 • 27 İyun 2020
Türkiyə ordusu İraqın şimalında şəhid verib

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında "Pençe-Kaplan” antiterror əməliyyatı keçirən birlikləri ilə terrorçular arasında atışma olub.


Xezerxeber.az Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, nəticədə Türkiyə ordusu bir şəhid verib. Piyada qoşunlarında leytenant rütbəsi ilə xidmət edərkən şəhid olan 29 yaşlı Yunus Güldür.


Atışmada iki terrorçunun zərərsizləşdirildiyi bildirilir.

Xəbər lenti