Xəzər Xəbər

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Dünya | 09:11 • 27 İyun 2020
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İranın metallurgiya sənayesinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu dəfə İran ilə yanaşı, digər ölkələrin metallurgiya sahəsində fəaliyyət göstərən ölkə şirkətlərinin adı da sanksiyalar siyahısına əlavə edilib.


Xezerxeber.az ABŞ-ın Maliyyə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, İranın 3 şirkəti ilə yanaşı, Birləşmiş Ərəb Əmirliklərinin, Çinin və Almaniyanın da şirkətləri sanksiya altına düşüb. Ümmumilikdə adı çəkilən dövlətlərə məxsus 8 metallurgiya şirkətinə qarşı sanksiya tətbiq edilib. Digər ölkələrə məxsus şirkətlər İran ilə əməkdaşlıqda və ABŞ-ın sanksiya rejimini pozmaqda ittiham edilir. Bu şirkətlərin rəhbərləri ABŞ-a gələ bilməz və ABŞ bankları ilə maliyyə əməliyyatları aparmaq imkanından məhrum edilirlər.


ABŞ-ın dövlət katibi Maykl Pompeo yeni sanksiyaları şərh edərək bildirib ki, rəsmi Vaşinqton İrana qarşı təzyiqləri davam etdirəcək.


İran və adı yuxarıda göstərilən dövlətlər hələlik ABŞ-ın bu addımına münasibət bildirməyiblər.

Xəbər lenti