Xəzər Xəbər

Çində yük maşını aşdı - 20 min "iPhone" yandı

Dünya | 18:27 • 26 İyun 2020
Çində yük maşını aşdı - 20 min "iPhone" yandı

Çində yük maşınının aşması nəticəsində 20 min "iPhone" yanıb.

Trend-in məlumatına görə, hadisə Şanxay şəhərindən 300 kilometr məsafədə, magistral yolda baş verib.

Yüksək sürətlə hərəkət edən yük maşını idarəetməni itirib və aşıb. Daha sonra maşında yanğın başlayıb.

Məlum olub ki, yük maşını 20 minədək "iPhone 11" və "iPhone 11 Pro Max" aparırmış.

Xəbər lenti