Xəzər Xəbər

Kim Çen Inın koronavirusa yoluxması yenə gündəmdədir

Dünya | 18:21 • 26 İyun 2020
Kim Çen Inın koronavirusa yoluxması yenə gündəmdədir

Şimali Koreya lideri Kim Çen Inın səhhətinin pis olması barədə internetdəyenidən şayiələr dolaşır.

Bu barədə "The Sun” xəbər verib.

Belə ki, Yaponiyakəşfiyyatının Şimali Koreya başçısının koronavirusa yoluxması ilə bağlı "bəzi məlumatlara” sahib olduğu iddia edilir.

Şimali Koreyada hələ də ölkədə heç bir yoluxma hadisəsinin qeydə alınmadığını deyirlər.

"Times” nəşrinin yazdığına görə, Şimali Koreya liderinin işləri pisləşə bilər. Ölkədəki müşahidəçilər onun ciddi xəstəliyə düçar ola biləcəyini qeyd edirlər. Digərləri onun komaya düşdüyünə və ya öldüyünə inanırlar.

İndi Pxenyanın var qüvvəsi ilə Cənubi Koreya ilə qarşıdurma yaratdığı iddia edilir. Nəşr bildirir ki, bu, əhalini Kim Çen Inın səhhətinin pis olmasından, eləcə də, ölkənin iqtisadi problemlərindən yayındırmaq üçün lazımdır.

Xəbər lenti