Xəzər Xəbər

Merkel böyük siyasətdən gedir Özü açıqladı

Dünya | 15:27 • 5 İyun 2020
Merkel böyük siyasətdən gedir

Almaniya Kansleri Angela Merkel qarşıdan gələn seçkilərdə Baş nazirlik postuna namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

Almaniya tarixinin ən uzunmüddətli kansleri olan Merkel jurnalistlərin pandemiyadan sonra Baş nazir postuna namizəd olub-olmayacağına dair sualına cavab verib.

Merkel bu suala "Xeyr, xeyr, gerçəkdən namizəd olmayacağam. Həm də qəti olaraq” cavabını verib.

Merkel daim İtaliyanın Avstrya ilə sərhədində tətil etdiyini, ancaq bu il tətilini Almaniyada keçirəcəyini də qeyd edib.

Xəbər lenti