Xəzər Xəbər

Lukaşenko yeni baş nazir təyin etdi

Dünya | 13:41 • 4 İyun 2020
Lukaşenko yeni baş nazir təyin etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Roman Qolovçenkonun baş nazir təyin edilməsi barədə fərman imzalayıb.

Bu barədə "BelTA” agentliyi məlumat yayıb.

 "Belarus Prezidenti Aleksandr Lukaşenko bu günə qədər Dövlət Hərbi-Sənaye Komitəsinin sədri vəzifəsini icra edən Roman Qolovçenkonu baş nazir təyin edib”, – deyə məlumatda bildirilir. 

Qeyd edək ki, A.Lukaşenko iyunun 3-də Sergey Rumasın rəhbərlik etdiyi hökumətin istefası barədə fərman imzalamışdı. Belarus Prezidenti, həmçinin, hökumətin tərkibində dəyişiklik edilməsi səbəbindən ölkədə inqilab olmayacağını bildirmişdi.

Xəbər lenti