Xəzər Xəbər

Ermənistanda vəziyyət kritik həddə: 176 nəfər öldü

Dünya | 11:22 • 4 İyun 2020
Ermənistanda vəziyyət kritik həddə:

Ermənistanda son sutkada 697 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Feysbukda canlı yayımda deyib.

Onun sözlərinə görə, bu rəqəm o deməkdir ki, tibb müəssisələri artıq müalicəyə ehtiyacı olan yeni pasiyentləri qəbul etmək gücündə deyil.

Paşinyan qeyd edib ki, son 24 saatda 6 nəfər COVID-19-dan ölüb, bu diaqnoz qoyulan daha 9 nəfər başqa xəstəliklərdən həyatını itirib. Nəticədə ölkədə infeksiyadan ölənlərin sayı isə 176 nəfərə yüksəlib.

Ümumilikdə yoluxanların sayı 11 221 nəfərdir./Teleqraf.com

Xəbər lenti