Xəzər Xəbər

Tramp ABŞ-ı parçalamaq istəyir Sabiq nazirdən ŞOK ETİRAF

Dünya | 10:37 • 4 İyun 2020
Tramp ABŞ-ı parçalamaq istəyir

Donald Tramp ABŞ-ı parçalamağa çalışır.

Bu sözləri ABŞ-ın sabiq Müdafiə naziri Ceyms Mattis deyib.

Qaradərili Corc Floydun polis tərəfindən zorakılıqla öldürülməsinə etiraz olaraq baş qaldıran aksiyalar barədə danışan sabiq nazir Trampın bu müddətdə yetkin liderlik sərgiləmədiyini deyib.

O, irqçiliyə qarşı aksiyalara tam dəstəyini ifadə edib: "Donald Tramp həyatımda gördüyüm ABŞ xalqını birləşdirməyə çalışmayan, buna cəhd edirmiş kimi belə davranmayan yeganə prezidentdir. Bunun əvəzinə, bizi bölməyə çalışır. Yetkin liderlik olmadan keçirdiyimiz 3 ilin nəticələrinə qatlanırıq”.

Sabiq nazir Ağ Ev qarşısındakı etirazçılara polisin sərt müqavimətini də tənqid edib: "Təxminən, 50 il əvvəl orduya qatılanda konstitusiyanı dəstəkləmək və qorumaq üçün and içdim. Əsla eyni andı içən əsgərlərin hər hansı şəraitdə özünü yurddaşlarınının konstitusion haqlarını pozması istiqamətində əmr alacaqlarını xəyal etmədim.

Qeyd edək ki, Ceyms Mattis Trampın Suriyadan ordunu geri çəkmək qərarı ilə razılaşmadığına görə 2018-ci ilin dekabrında istefa vermişdi./publika.az

Xəbər lenti