Xəzər Xəbər

ABŞ-da REKORD: minlərlə insan Ağ Evə doğru gedir

Dünya | 10:18 • 3 İyun 2020
ABŞ-da REKORD:

ABŞ-ın paytaxtı Vaşinqtonda qaradərili Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq baş qaldıran aksiyalar əvvəlki günlərə nisbətən sakit keçib.

Ağ Evin ətrafında polis, FTB, Milli Qvardiya və Gizli Xidmət geniş təhlükəsizlik tədbirləri görüb.

Etirazçılar Ağ Evin qarşısında oturaq aksiya təşkil edib.

15 minə yaxın insanın qatıldığı mitinqlərdə polis zorakılığına qarşı şüarlar səsləndirilib. Etirazçı sayının əvvəlkilərə nisbətən çox olması diqqət çəkib. Aksiyaların komendant saatının başlandığı 17:00-dan sonra keçirilməsi polislə insidentə səbəb olub./publika.az

Xəbər lenti