Xəzər Xəbər

Türkiyə koronavirusa addım-addım QALİB GƏLİR

Dünya | 09:55 • 2 İyun 2020
Türkiyə koronavirusa addım-addım

Türkiyədə son sutka ərzində 827 yeni yoluxma faktı qeydə alınıb.

Türkiyə mətbuatı xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 23 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4 563, yoluxanlar isə 164 min 769 nəfərə çatıb.

Türkiyədə indiyədək 128 min 947 xəstə sağalaraq evə buraxılıb./Publika.az

Xəbər lenti