Xəzər Xəbər

Fransalı nazir “Twitter”i ABŞ-ı tərk etməyə səslədi

Dünya | 14:44 • 1 İyun 2020
Fransalı nazir “Twitter”i ABŞ-ı tərk etməyə səslədi

Fransanın Rəqəmsal Texnologiyalar naziri Sedrik O ABŞ-da qeyri-sabitlik yaranacağı təqdirdə "Twitter”in baş qərargahını ABŞ-dan Fransaya köçürməyitəklif edib.

Bu barədə "Bloomberg” agentliyi məlumat yayıb.

"Əgər "Twitter” hesab etsə ki, ABŞ-dakı şərait şirkətin dəyərlərinə uyğun olaraq inkişaf etməsinə mane olurvə ya müxtəlif səbəblərə görə ölkədə qeyri-sabitlik yaşanır, Avropa, xüsusilə Fransa onu məmnuniyyətlə qəbul etməyə hazırdır”, - deyə fransalı nazir qeyd edib.

Sedrik O əlavə edib ki, bu dəvət ABŞ-da fəaliyyət göstərən bütün sahibkarlara və tədqiqatçılara şamil olunur.

Xatırladaq ki, Donald Tramp "Twitter”i ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edərək,şirkətinfəaliyyətinə qadağa qoyulacağını istisna etməyib./oxu.az

Xəbər lenti