Xəzər Xəbər

Gürcüstanda ticarət obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyət tam götürülüb

Dünya | 09:15 • 1 İyun 2020
Gürcüstanda ticarət obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyət tam götürülüb

Bu gündən Gürcüstanda iri ticarət mərkəzləri və "Mall”ların fəaliyyətinə qoyulmuş qadağa tam götürülüb.


Müvafiq qərar Gürcüstan Qurumlararası Kordinasiya Şurası tərəfindən qəbul edilib.

Qərara əsasən, bu gündən etibarən ölkə ərazisində hər növ ticarət obyektinin fəaliyyətini bərpa etməsinə icazə verilib.


Qeyd edək ki, koronavirus pandemiyası səbəbi ilə martın 19-da qonşu ölkədə ərzaq mağazaları, əczaxanalar, poçt məntəqələri və bank şöbələri istisna olmaqla hər növ ticarət obyektlərinin bağlanmasına qərar verilib. Aprelin 27-də məhdudiyyətlərin mərhələli şəkildə götürülməsi çərçivəsində açıq tipli aqrar bazarların fəaliyyəti bərpa edilib. Mayın 11-də isə geyim mağazaları istisna olmaqla küçədən ayrıca girişi olan mağazaların açılmasına icazə verilib. Bu gündən etibarən bu sahəyə gətirilən bütün məhdudiyyətlər tam götürülüb.

Xəbər lenti