Xəzər Xəbər

ABŞ-da üç gün ərzində 1700-ə yaxın etirazçı saxlanılıb

Dünya | 09:05 • 1 İyun 2020
ABŞ-da üç gün ərzində 1700-ə yaxın etirazçı saxlanılıb

Mayın 25-də ABŞ-ın Minnesota ştatında (Minneapolis) afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə etiraz olaraq keçirilən iğtişaşlarda bir həftə ərzində 1666 nəfər saxlanılıb.


Associated Press agentliyinin verdiyi xəbərə görə, etiraz aksiyaları son üç gündə ABŞ-ın 22 şəhərində keçirilib. Bu iğtişaşlar ən azı 15 ştatı əhatə edir.


Qeyd edək ki, hazırda aksiyaların yatırılması üçün Milli Qvardiya hərəkətə keçib.

Xəbər lenti