Xəzər Xəbər

Ukraynada koronavirusa yoluxma halları artıb

Dünya | 12:11 • 31 May 2020
Ukraynada koronavirusa yoluxma halları artıb

Son sutkada Ukraynada 468 nəfər koronavirusa yoluxub, 12 nəfər isə ölüb, 227 xəstə tam müalicə olunaraq evə buraxılıb. Koronavirusa yoluxma halları ötən günlərlə müqayisədə artıb.

Xezerxeber.az Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 23 min 672 nəfərə çatıb. Virusdan ölənlərin sayı 708 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 9538-i müalicə olunaraq evlərinə buraxılıb. Koronavirusla bağlı 350 mindən artıq test aparılıb.

Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin rejimi elan olunub. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.

Xəbər lenti