Xəzər Xəbər

Rusiya Silahlı Qüvvələrində koronavirusa yoluxanların sayı 1519-a çatıb

Dünya | 09:59 • 30 May 2020
Rusiya Silahlı Qüvvələrində koronavirusa yoluxanların sayı 1519-a çatıb

Rusiya Silahlı Qüvvələrində koronavirusa yoluxanların sayı 1519 nəfərə yüksəlib. Onlardan 503-ü kursant, 369-u isə mülki işçilərdir.


Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, son sutkada 87 hərbçi, 18 mülki işçi sağalıb.

Yoluxanlardan 4 əsgərin vəziyyətinin ağır, 5-nin isə orta-ağır olduğu bildirilib.

Xəbər lenti